Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən əlavə edilib ki, xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan ali təhsil müəssisəsinə köçürülərkən bir neçə əsas göstərici nəzərə alınır. Bunlar tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləridir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.