Qoç- Sakit qalmaq çox çətindir, çünki bu günün emosional fonu əlverişsizdir. Hər bir söhbət sonda mübahisəyə gətirib çıxara bilər. Müdiriyyətlə iş və əməkhaqqının artırılması barədə danışmaq üçün çox uğursuz gündür. Yaranmış çətinliklər tez aradan qalxacaq, ancaq asan uğura ümid etmək, əlbəttə ki, lazım deyil.

Buğa- israfçılıq ola bilər. İnsanlar əyləncə və yeni macəralar görəndə pul xərcləməkdən özlərini saxlaya bilmirlər. Bu gün yeni sevgi macərası yarana bilər. Ancaq onun uzun və ciddi davam etməsi gözlənilmir.

Əkizlər- bu gün siz heç bir əmək sərf etmədən öz bacarığınız və istedadınız sayəsində yeni pərəstişkarlar qazana bilərsiniz. Əsas odur ki, istəyəsiniz. Əks cinsin nümayəndələri ilə də gözəl bir gününüz olacaq.

Xərçəng- çox məhsuldar bir gündür. Siz çox çalışır, heç kimin bacarmadığı işləri boynunuza götürürsünüz və ən əsası da odur ki, siz bunları bacarırsınız. Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq olar. Bəzi sənədlərin rəsmiləşməsi də gündəmdə ola bilər.

Şir- gün sizin üçün uğurlu keçəcək. Həm öz işləriniz, həm də başqaları üçün gördüyünüz işlər uğurlu alınacaq. Özünüzü tam bir lider kimi hiss edə bilərsiniz. Sizdə insanları arxanızca aparmaq qabiliyyəti var. İş söhbətləri çox yaxşı keçir.

Qız- çox əlverişli gündür. Artıq günün əvvəlindən son günlərdə yaranmış problemləri aradan qaldırmaq üçün əlinizdə imkan olacaq. İş görüşləri uğurla keçəcək. Səfərləriniz də uğurlu olacaq. Demək olar ki, əlinizi nəyə vursanız, həmin işdə sizi bu gün uğur gözləyir.

Tərəzi- ola bilsin ki, sizdən yaşca böyük qadınların məsləhəti sizə lazım olsun. Həyatın hər bir anını izləyin ki, öz şansınızı qaçırmayasız. İnsanlarla ünsiyyətdən qaçmayın, çünki özünüzə köməkçi və tərəfdaş tapa bilərsiniz.

Əqrəb- rəhbərliklə ünsiyyətin sizə xeyri olacaq. Bir şey sizi əsəbləşdirə bilər: o da çoxlu mənasız danışıqlar və söhbətlərdir. Ancaq qarşıdakı insana qulaq asın. Ola bilər ki, ondan vacib informasiya alasınız.

Oxatan- gün əsl böyük alış-veriş üçün münasibdir. Bilin ki, sizin bugünkü uğurlarınız gələcək qələbələrinizə gedən mərtəbələrdir. Əsas odur ki, yerinizdə durmadan çalışasınız. Xoş görüşlər ola bilər.

Oğlaq- sizin üçün yaxşı düşünülmüş qərarlar və davranışlar gündür. Oğlaqları bu gün azdırmaq, yolundan etmək qeyri-mümkündür. Onlar öz sağlam düşüncə və məntiqləri ilə hərəkət edirlər. Maliyyə məsələlərini həll etmək lazımdır.

Dolça- gözlənilməz hadisələrlə və xoş sürprizlərlə bol olacaq. Sizdə yeni yaxşı ideyalar yaranacaq və gələcəyə optimist fikirlərlə baxacaqsız. Yeni xoş tanışlıqlar mümkündür və istisna olunmur ki, çoxdandır görmədiyiniz, darıxdığınız insanları görəsiniz.

Balıqlar- qeyri-sabit və çətin gün olacaq. Günün əsas hissəsini xoşagəlməz söhbətlərə sərf edəcəksiniz. Fikri sizin üçün vacib olan insanlarla aranızda fikir ayrılığı olacaq. Aranızdakı soyuqluq daha da arta və ciddiləşə bilər.

millli.az