Röya şəxsi həyatından danışdı:
Müğənni Röya Türkiyənin "Habertürk" xəbər portalına müsahibə verib.

Müğənni "Azərbaycanın Rihannası" adlandırılmasına münasibət bildirib:
"Mən özümü Rihannaya bənzətmirəm. Bəlkə də sözlərim onu sevənlərin xoşuna getməyəcək. Hər kəsin işinə hörmətim var, amma onu çox izləmirəm. Xarakter olaraq aramızda fərqliliklər var. Yalnız eyni markadan geyindiyimiz üçün Rihannaya bənzədilirəm".

Röya şəxsi həyatı ilə bağlı etiraf da edib:
"Duyğusal insanam. Hazırda sevgilimlə danışmıram, amma otağının divarlarına "Səni sevirəm" yazdım. Əsəbi olsam da, hisslərimi büruzə verirəm. Azərbaycanda jurnalistlərə "Kiminlə üz-üzə gəldiyinizdə stressə düşürsünüz?" sualını veriblər, 80 %-i mənim adımı çəkib. Çünki hər şeyi olduğu kimi deyirəm, təbii insanam".