21 Noyabr 2019
20 Noyabr 2019
Kəpəzin rəqibi oyuna məşqçisiz çıxdı
Kəpəzin rəqibi oyuna məşqçisiz çıxdı İDMAN 19:37 2016-07-07

Moldovanın "Daçiya" klubu "Kəpəz"lə Avropa Liqası matçına baş məşqçisiz çıxıb. 
Unikal.org "Report"a istinadən xəbər verir ki, baş məşqçi Oleq Bejenar ehtiyat oyunçular skamyasında yer almayıb.
Komanda üzvləri bunu 45 yaşlı mütəxəssisin xəstələnməsi ilə izah ediblər. Hazırda texniki zonadan göstərişləri klubun meneceri və faktiki sahibi Adlan Şişxanov verir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə də inquşetiyalı klub rəhbəri texniki zonada yer alıb. Bu isə birmənalı qarşılanmayıb.