21 Noyabr 2019
20 Noyabr 2019
Kəpəz növbəti mərhələyə yüksəldi
Kəpəz növbəti mərhələyə yüksəldi İDMAN 20:53 2016-07-07

Azərbaycanın "Kəpəz futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib.
Unikal.org xəbər verir ki, Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova "Daçiya"sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə "Kəpəzin futbolçusu Dario vurub.
Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.
Növbəti mərhələdə "Kəpəzin rəqibi Avstriyanın "Admira klubu olacaq.