Azərbaycanı "Eurovision - 2010 mahnı müsabiqəsində təmsil edən Safura Əlizadə yeni layihəsini təqdim edib.

Unikal.org xəbər verir ki, "Baku adlanan mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur.

Layihəyə çəkilən klipdə S. Əlizadə ilə yanaşı, 2 yaşlı oğlu İsgəndər də iştirak edib.

Xatırladaq ki, Safura Əlizadə 2013-cü ilin yay ayında energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub.