Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Unikal.org bildirir ki,  bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi "VAZ-2106 markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər. V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.