Son 24 saat ərzində iki Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Unikal.org azvision.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında deyib.

"Son 24 saat ərzində 2 qəhrəman hərbçimiz həlak olub, 8 hərbçimiz isə yaralanıb", - deyə yayılan məlumatda bildirilir.

Lısenko qeyd edib ki, iki hərbçi Lopaskinoda mikroavtobusun partlaması nəticəsində həlak olub.

Qeyd edək ki, Atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.