Bakıda dənizdə batan 2 nəfər xilas edilib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.