İstanbulda Atatürk Hava Limanında törədilən terror aktı ilə əlaqədar daha 6 əcnəbi vətəndaş saxlanılıb.

Unkal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, həbslər iyulun 7-də İstanbulda, polisin keçirdiyi əməliyyat zamanı baş tutub.

Saxlanılanlar İŞİD-lə əlaqədə şübhəli bilinirlər. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir. Bundan əvvəl Atatürk Hava Limanında törədilən terror aktı ilə əlaqədar 30 nəfərin həbs edildiyi bildirilirdi.

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədib.