Ermənistan Ordusunun 30 hərbçisini məhv edilib, 20-ni yaralayıb
Cari ilin əvvəlindən iyunun 6-dək Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində Ermənistan Ordusunun 30 hərbçisi öldürülüb.
Ermənistan KİV və sosial şəbəkələrdən ad və soyadları da daxil olmaqla, dəqiqləşdirdirilən məlumatlara görə, döyüşlər zamanı 20-yə yaxın erməni hərbçi yaralanıb. Ermənistan Ordusu tərəfindən cəbhə xəttində istifadə olunan 3 hərbi texnikası vurulub. Bu texnikalar personalın daşınması və ön xətdə mühəndis-istehkam işləri həyata keçirib.
Azərbaycan hərbçiləri tərəfindən cari ilin ötən dövründə öldürülmüş və zərərsizləşdirilmiş erməni hərbçilərinin sayı aşağıdakı kimidir:
Yanvar -2 ölü/1yaralı;
Fevral - 5 ölü/1 yaralı;
Mart - 3 ölü/4 yaralı;
Aprel - 9 ölü/4 yaralı;
May - 1 ölü;
İyun - 10 ölü/8 yaralı.
Ümumilikdə, Ermənistan Ordusunun itkilərinin daha çox olduğu ehtimal edilir. Qarabağda - yerli əhali arasından orduya çağırılanların həlak olması barədə məlumatlar demək olar ki, Ermənistan KİV-də yer almır.
Aparılan monitorinqlər zamanı bəlli olub ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən 2 halda itkilər barədə məlumat ictimaiyyətə 5-7 gün, 4 halda isə 2 və ya 3 gün sonra verilib.
Aparılan təhlillər Ermənistan Silahlı Qüvvələrinin ötən dövrdə əsasən dövlət sərhədində Qazax və Tovuz rayonları, Qarabağ cəbhəsində isə Füzuli və Xocavənd istiqamətində aktivləşdiyini göstərir. Ermənilərin əsas döyüş itkiləri də məhz bu istiqamətlərdə olub. Ümumilikdə cari ilin 5 ayı ərzində Ermənistan Ordusu tərəfindən Füzuli istiqamətində atəşkəs rejimi 116, Xocavənd istiqamətində 54, Qazax istiqamətində 89, Tovuz rayonu istiqamətində isə 57 dəfə pozulmaqla, ümumi atəşkəs pozuntularının yarıdan çoxu bu 4 rayonun ərazisində olub.
Qeyd edək ki, aparılan monitorinqin nəticələrinə görə, ümumilikdə, 2012-ci ilin ilk 5 ayında (yanvar-may ayları) cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 568 dəfə pozulub. İl ərzində Azərbaycan Ordusunun cəbhə xəttində bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb. Düşmənin təxribat xarakterli cəhdlərini dəf edərkən Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub, 7 hərbçisi yaralanıb.
Toğrul Əliyev