İstanbulda balıqçı qayığı batıb.
Unikal.org Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə nəticəsində 2 nəfər suda boğularaq ölüb, daha 2-si isə itkin düşmüş hesab edilir.
Gəmidə 5 nəfərin olduğu bildirilir. Bir nəfər yaxınlıqdakı balıqçılar tərəfindən xilas edilib. İtkin düşənlər axtarılır.