19 Oktyabr 2019
18 Oktyabr 2019
Ruslar 28 yaşlı azərbaycanlı qadını axtarır
Ruslar 28 yaşlı azərbaycanlı qadını axtarır HADİSƏ 23:59 2016-07-08

Başqırdıstan hüquq-mühafizə orqanı əməkdaşları qohumunun üstünə turşu tökməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 28 yaşlı Laura Babayevanı axtarırlar.

Unikal.og oxu.az-a istinadən xəbər verir ki, L.Babayeva öz qohumunun həyatına qəsd etməkdə ittiham edilir.

İstintaqın versiyasına görə, iyulun 2-də səhər o, qisas almaq məqsədi ilə mənzildən çıxan 26 yaşlı qohumunun üstünə turşu töküb.

Zərərçəkən xəstəxanada ağır vəziyyətdədir, onun bədən səthinin 68 faizi yanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs gizlənib. Hazırda cinayət hadisəsinin törədilmə səbəbləri, eləcə də şübhəlinin tapılması istiqamətində istintaq, axtarış-əməliyyat tədbirləri həyata keçirilir.