Hazırda Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 
Unikal.org-un məlumatına görə, 26 yaşlı sprinter 200 metr məsafəyə qaçışda bu nailiyyətə imza atıb.
O, finalda finişə 20,51 saniyəyə üçüncü çatıb. Lakin finişə birinci çatan hollandiyalı Çurandi Martina başqa qaçış zolağına keçdiyi üçün diskvalifikasiya olunub. Nəticədə qızıl medal ispaniyalı Bruno Hortelanoya, gümüş medal isə Quliyevə nəsib olub.
Qeyd edək ki, Ramil Quliyev əvvəllər gənclər arasında Avropa çempionu olub. Bu, onun böyüklər arasında ilk böyük uğurudur. Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. 26 yaşlı sprinter Azərbaycanda ona lazımi diqqətin göstərilməməsini səbəb gətirərək, bu addımı atıdğını söyləyib.