Tovuzda qarpızdan zəhərlənmə olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Nəbi Məmmədəli, onun oğlu Elbəy, gəlini 1990-cı il təvəllüdlü Aygün, nəvələri 2013-cü il təvəllüdlü Aynur və 2011-ci təvəllüdlü Gülnur qarpızdan zəhərlənərək Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Nəbi Məmmədlinin vəziyyəti ağır digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.