Türkiyədə 8 günlük Ramazan bayramı tətlində yol qəzalarında 120 nəfər ölüb, 389 nəfər yaralanıb. Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bayram tətilləri başlayandan ölkə yollarında 17 min yol qəzası baş verib. Ramazan tətilində hər kəsin istirahət üçün yola çıxması qəzaların sayını artırıb. Türkiyədə yol qəzalarında hər gün onlarla şəxs həyatını itirir