ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə bir neçə dəfə atəş açaraq öldürüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki , bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.

Yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib. Məlumata görə, silahlı polisin tapançanı endirmək tələbinə məhəl qoymayaraq, onu asayiş keşikçilərinə tuşlayıb və buna görə öldürülüb.

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermişiğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.