"Qatar Airways aviaşirkətinə məxsus "Boeing 787 tipli təyyarə Buxarestdə Otopen hava limanında təcili eniş edib. 
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Oslodan Dohaya gedən təyyarə mühərrikdə yaranmış problemə görə məcburi eniş edib. Oslo-Doha istiqamətində hərəkət edən "Boeing 787 Dreamliner təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birgə 260 sərnişin olub. Onlar gedəcəkləri ölkəyə başqa reyslə göndəriləcəklər.