21 Noyabr 2019
20 Noyabr 2019
Avropanın ən yaxşısı kim olacaq?
Avropanın ən yaxşısı kim olacaq? İDMAN 09:14 2016-07-10

Bu gün AÇ-2016-nın final matçı oynanılacaq.

Apasport.az saytının məlumatına görə, turnir Portuqaliya - Fransa matçı ilə yekunlaşacaq.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.

Fransanın qalib gələcəyi təqdirdə isə "xoruzlar" rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984, 2000) fransızlar hər iki halda kuboku başı üzərinə qaldırıb. Bu dəfə də eyni hal yaşansa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn "üçrənglilər" uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədi.

Avropa çempionatı

Final

10 iyul

23:00. Portuqaliya - Fransa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)

Sen-Deni. "Stad de Frans"