22 Oktyabr 2019
21 Oktyabr 2019
Tağı Əhmədov Artur Rəsizadəni çətin vəziyyətdə qoydu
Tağı Əhmədov Artur Rəsizadəni çətin vəziyyətdə qoydu İQTİSADİYYAT 12:57 2012-06-08

Tağı Əhmədov Artur Rəsizadəni çətin vəziyyətdə qoydu
Tağı Əhmədov Artur Rəsizadəni çətin vəziyyətdə qoydu

Rəsulzadə qəsəbəsinin sakinləri niyə Nazirlər Kabinetinin qarşısına yürüdü?

Bakı metropoliteni üçün yeni deponun tikintisi ilə əlaqədar qalmaqal yaranıb. Söhbət deponun inşası üçün ayrılan ərazidə məskunlaşanların böyük bir qanunsuzluqla üzləşməsidir.
Dünən onlar - Bakının Məhəmmədəmin Rəsulzadə qəsəbəsi, 24/36 saylı məhəlləsinin sakinləri evlərinin sökülməsinə etiraz olaraq Nazirlər Kabinetinin önündə aksiya keçiriblər. Aksiyaya məhəllənin 60-a yaxın sakini qatılıb.
Onlar bildiriblər ki, evlərin sökülməsi bu ərazidə Bakı metropoliteni üçün yeni deponun tikilməsilə bağlıdır. Adı çəkilən ərazidə məskunlaşmış 50-yə yaxın qaçqın ailəsi Mehdiabadda torpaq sahəsilə təmin edilib.
Amma 130-a yaxın yerli əhalidən olan ailəyə isə yer təklif edilmir. Söküləcək evlərin hər kv. metrinə 500-600 manat həcmində kompensasiyanın verilməsi nəzərdə tutulur. Sakinlər bu ödənişin olduqca az olmasını nəzərə alaraq dünənki aksiyaya start veriblər.
Sakinlər Nazilər Kabinetinə şikayət ərziələrini təqdim ediblər, həmçinin baş nazirin müavini Abid Şərifov tərəfindən qəbul edilmək üçün ərizə veriblər. Amma həmin qəbulun nə vaxt gerçəkləşəcəyi, ümumiyyətlə, gerçəkləşib-gerçəkləşməyəcəyi məlum deyil.
Məsələ ilə bağlı "Unikal"a məlumatlı mənbələrdən isə belə bir xəbər daxil olub ki, evlər sökülərkən Bakı metropoliteninin rəsmiləri metro rəisi Tağı Əhməovun adından sakinləri arxayın ediblər ki, onların hamısına evlərinin real dəyərinə uyğun kompensasiya veriləcək. Sonrakı müddətdə isə bir neçə dəfə ayrı-ayrı sakinlər öz müraciətlərinə belə cavab alıblar ki, artıq məsələ hökumət tərəfindən həll olunmaqdadır.
Amma sonradan Bakı metrosunun rəhbərliyi bu məsələdə məsuliyyəti öz üzərindən tamamilə atıb və kompensasiya ödənilməsi ilə bağlı bütün səlahiyyətlərin Nazirlər Kabinetində olduğunu bildirib. Nazirlər Kabinetinin başçısı Artur Rəsizadəyə bununla bağlı müraciətlərin ünvanlandığını, amma konkret cavab alınmadığını deyən mənbələr sonda sakinlərin hökumət binasının önünə yürüş etmək məcburiyyətində qaldığını deyir.
İstisna edilmir ki, əslində bu məsələdə anlaşılmaz məqamlar var. Məsələn, mümkündür ki, vətəndaşların kompensasiya müqabilində evlərindən məhrum edilməsi prosesi məhz Bakı Metropoiteninin nəzarəti altında aparılıb, amma sonradan təklif olunan təzminatın məbləğinin hədsiz az olması narazılıq yaratmağa başlayanda Tağı Əhmədovun rəisi olduğu qurum yaxasını kənara çəkmək və bütün məsuliyyəti Artur Rəsizadənin başçısı olduğu Nazirlər Kabinetinin atmaq yolu seçib.

Aliyə