İran Silahlı Qüvvələrinə məxsusu "Su-24" bombrdmançı təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Bu haqda İran Kİv-i məlumat yayıb.
İnformasiyaya görə, pilotlar katapult edərək, sağ qalıblar. Onlar helikopterlər Şiraz şəhər xəstəxanasına yerləşdiriliblər.
İlkin məlumata əsasən, qırıcı texniki nasazlıq ucbatından qəzaya uğrayıb.
Xəbərdə bildirilib ki, hadisə ölkənin Fars əyalətinin Baxteqan gölü yaxınlığnda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.