Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

"Hürriyet qəzetinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşın karvanının keçişi zamanı PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıb.
İlkin məlumatlara görə, 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.