Cənubi Sudanın mərkəzi şəhəri Cubedə silahlı toqquşma nəticəsində 270-dən çox insan ölüb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu haqda rəsmi qurumlar məlumat yayıb.
Toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında baş verib.
Məlumatda bildirilib ki, hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi şəhərdə olub.
Qeyd edək ki, 2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.