Bu gün Avro-2016-nın qalibi məlum olub.
Unikal.org xəbər verir ki, həlledici görüşdə meydan sahibləri - Fransa millisi Portuqaliya ilə üz-üzə gəlib. Matç Bakı vaxtı ilə 23:00-da start götürüb və əlavə vaxt ilə birlikdə 120 dəqiqədən çox davam edib.
Qarşılaşmanın 109-cu dəqiqəsində Portuqaliya millisinin oyunçusu Ederin vurduğu qol bu komandanı "Avro-2016"nın qalibi edib.