26 Avqust 2019
25 Avqust 2019
Ağdaşda naməlum varlıqlardan xəbər var?-VİDEO
Ağdaşda naməlum varlıqlardan xəbər var?-VİDEO VİDEO 10:51 2016-07-11

Son günlər Ağdaşın Qoşaqovaq kəndində baş verən olaylar ölkə mediasında və sosial şəbəkələrdə hər kəsin marağına səbəb olub. Kənd sakinləri qorxu və təlaş içində idi. Əməkdaşlarımız bu gün yenidən həmin kənddə olublar və oradaki vəziyyətlə maraqlanıblar. Artıq həmin qorxudan və həyəcandan əsər-əlamət qalmayıb.

15-20 gün əvvəl naməlum varlıqların peyda olduğu deyilən kənddə artıq sakitlik hökm sürür. Söhbət Ağdaşın Qoşaqovaq kəndindən gedir.Ötən ayın 20-den etibarən kənd ərasidində gecə saatlarında naməlum şəxslərin peyda olduğu və sakinləri qorxutduğu iddia edilirdi.

Əməkdaşlarımız yenidən kəndə baş çəkib və oradakı vəziyyətlə maraqlanıblar. Sakinlər bildiriblər ki, artıq 10 gündür ki,kənddə sakitlik hökm sürür. Heç kimin gözünə naməlum şəxs və ya varlıq görünmür.

Sakinlərin bəziləri bu naməlum varlıq məsələsinə ümumiyyətlə inanmadıqlarını və şayiə olduğunu deyiblər.