10 iyul-10 avqust tarixlərində Gürcüstandan Ermənistana qaz tədarükü müvəqqəti dayandırılacaq.

 Bu barədə məlumatı  erməni KİV-ləri yayıb.

Məlumata əsasən, Gürcüstanın qaz nəqliyyatı şirkəti bu ölkə ərazisində yerləşən "Kazax - Saqumaro" magistral xətində aparılan təmir işləri ilə əlaqədar "Qazprom Ermənistan" şirkətinə qaz verilişinin bir ay müddətinə dayandırılacağına dair rəsmi məlumat göndərib.

Ermənistan rəhbərliyi ölkə istehlakçıları üçün qaz verilişində heç bir məhdudiyyətin olmayacağını bildirib.