11:56

Türkiyədə yenidən güclü patlayış baş verib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, partlayış ölkənin cənubunda Hakkari şəhərində törədilib. Şahidlərin sözlərinə görə, iki dəfə güclü partlayış səsi eşidilib.

Partlayışlardan sonra şəhərdə atışma səsləri gəlib. Şəhərə zirehli maşınlar daxil olub. Xəsarət alan və ölənlər barədə məlumat verilmir.

Məlumata görə, ötən gün Şemdinlidə 4 nəfərin şəhid olmasına səbəb olan PKK terrorundan sonra bu gün adıçəkilən şəhərdə genişmiqyaslı əməliyyat başlayıb. Valilik 3 məhəllədə küçəyə çıxma qadağası tədbiq edib. Bölgəyə giriş-çıxış bağlanılıb. Bu qadağa 3 gün müddətində qüvvədə olacaq.(Anspress)

-----------

10:34

Türkiyənin cənubunda yerləşən Hakkari vilayətində iki güclü partlayış baş verib.

Unikal.org report-a istinadən bildirir ki, partlayışlar vilayətin inzibati paytaxtının mərkəzində baş verib.

Partlayışlardan sonra şəhərdə atışma səsləri eşidilib. Şəhərə zirehli maşınlar daxil olub. Xəsarət alan və ölənlər barədə məlumat verilmir. Partlayışın arxasında PKK terror qruplaşmasının dayandığı güman edilir.