Nazirlik xüsusi təlim keçirdi
15:05 30-12-2015
CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə 28-29 dekabr 2015-ci il tarixlərində Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub.
Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub. Təlimi Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev izləyib.
Digər Xəbərlər
2024-04-24 20:06:20
2024-04-24 19:40:06
2024-04-24 19:18:34
2024-04-24 18:23:37
2024-04-24 18:23:14
2024-04-24 18:06:43
2024-04-24 17:57:00
2024-04-24 17:46:00
2024-04-24 17:40:39
2024-04-24 17:38:00
2024-04-24 17:15:00
2024-04-24 17:13:00
2024-04-24 16:54:00
2024-04-24 16:48:30
2024-04-24 16:35:27