Şəkinin giriş hissəsinin 4-cü kilometrliyində içi qarpızla dolu avtomobil yanıb.

Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin Zəyzid kənd sakini Salmanov Rəhim Salman oğlu 55-BF-731 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə kənd istiqamətində hərəkətdə nəqliyyat vasitəsi anidən alışıb. Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Lakin bütün səylərə baxmayaraq avtomobil içindəki 250 kq qarpızla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Sürücünün sözlərinə görə, yanğın avtomobilin arxa hissəsindən başlayıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

İçi qarpızla dolu avtomobil yandı  -  Fotolar
İçi qarpızla dolu avtomobil yandı  -  Fotolar
İçi qarpızla dolu avtomobil yandı  -  Fotolar