Ötən mövsüm başa çatan kimi "Qarabağla yolları ayrılan Samuel Armenteros karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. 

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu Çempionşipdə mübarizə aparan "Bristol Sitiyə baxışa yollanıb.
Armenterosla bağlı qərar bir neçə günlük yoxlanışdan sonra veriləcək. "Qarabağın keçmiş oyunçusu məşqçilər korpusunun ümidini doğrultsa, onunla rəsmi müqavilə imzalanacaq.
26 yaşlı forvardın adı bir müddət öncə "Herenvenlə birgə hallansa da, onun Hollandiya klubuna keçidi alınmamışdı.
Qeyd edək ki, Armenteros Topaz Premyer Liqasının başa çatan mövsümündə 23 oyunda 7 qola imza atıb.