Qax rayonunun Tasmalı kəndində ildırım düşüb.

Unikal.org Reporta istinadən xəbər verir ki, ildırımın düşdüyü ərazilərdə yanğın əmələ gəlib. Tasmalı kənd sakini 49 yaşlı Ələsgər Nizaməddin oğlu Orucova məxsus həyətyanı sahəsinə ildırımın düşməsi ilə tövlədə yağın baş verib.

Nəticədə 70 kvadratmetr olan tövlə tamamilə yanıb və tövlənin damında olan 10 tondan çox ot bağlaması külə dönüb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin və digər tikiliyə keçməsinin qarşısı alınıb.