21 Noyabr 2019
20 Noyabr 2019
Qarabağdan getmək fikrim yoxdur - Qurban Qurbanov
Qarabağdan getmək fikrim yoxdur - Qurban Qurbanov İDMAN 21:12 2016-07-11

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Qarabağ- "Düdelanj matçından bir gün əvvəl mətbuat konfransı baş tutub.

Unikal.org xəbər verir ki, Ağdam klubunun baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb.

"Hər birinizi görməyə çox şadam. Bu turniri hamımız səbirsizliklə gözləyirdik. Rəqib haqda xeyli məlumat toplamışıq. Yaxşı hazırlaşmışıq. Digər klublarımızın Avropa Liqasında mərhələ adlaması bizə əlavə stimul oldu. Bütün komandalarımızı təbrik edirəm. Rəqibimizin bir neçə oyununu canlı izləmişəm. Bu komandaya Fransa, Almaniya və Belçikadan legionerlər var. Həmin futbolçuların səviyyələri heç də aşağı deyil. Bizə çətin rəqib düşüb. Özümüzü sığortalamaq üçün demirəm, yaxşı rəqibdir. Düşünürəm ki, azarkeşlər sürətli və maraqlı oyun görəcəklər. İstəyirik ki, hamını sevindirək. Əlimizdə olan 25 gündən maksimum istifadə etməyə çalışdıq. Bir neçə yoldaşlıq oyunu keçirdik və futbolçuları eyni səviyyəyə gətirməyə çalışıdıq

- Reynaldonun son durumu necədir?
- Sabah start heyətdə olmayacaq. Çox güman ki, oyuna sonradan da daxil olmayacaq. Həkimlərin qərarından çox şey asılı olacaq.

- Stadionun ot örtüyü ilə maraqlanmısınız?
- Yaxşıdır. Bir az problemlər var idi. Durum bizi qane edir. Meydandan razıyıq.

- "Düdelanjın oyunlarına baxdığınızı bildirdiniz. Sizcə onların güclü cəhəti nədir?
- "Düdelanja yeni baş məşqçi təyin olunub. Gənc mütəxəssisdir, Klaus Müllerin oğludur. Almaniyadan yaxşı transferlər ediblər. Hücum xəttlərində milli komandalarının forvardları oynayır. Çox təhlükəlidirlər. Belə komandaya qarşı oynamaq rahat olmayacaq.

- Komandanı oyuna kökləyə bilmisiniz?
- İstər-istəməz çox çətin olacaq. Həyəcan var. Bəlkə də növbəti oyunda həyəcan olmayacaq. Psixoloji durumdan razı deyiləm. Futbolçulardan daha artığını tələb edirəm.

- Qurban Qurbanov məşqçi kimi "Qarabağda hər şeyə nail olub. Çempionlar Liqasının qrupuna düşəndə missiyanız bitəcək?
- Kaş, biz qrupa düşək. Bu, hər məşqçiyə nəsib olmaz. "Qarabağdan getmək fikrim yoxdur. Amma zaman hər şeyi dəyişə bilər.

- Reynaldo da sıradan çıxıb. Hücumçu alınacaq?
- Axtarışdayıq. Onun əvəzinə futbolçu tapmaq çətindir.

- Reynaldonun əvəzinə kimi düşünürsünüz? Mahir Mədətovu yoxsa Muarem Muaremi?
- Hər ikisinin startda olmaq ehtimalı var.

- Sabah nə qədər azarkeş gözləyirsiniz?
- Arzumuz olub ki, həmişə stadion dolsun. Ola bilər ki, az olsun. İstəyərəm ki, azarkeşlər çox olsun. Azarkeşlər daha çox həvəslənməldir. Gözləyirəm ki, stadion dolsun. Məncə, tamaşaçılar fərqli atmosfer yaradacaqlar.



Unikal.org© 2010-2019 Bütün hüquqlar qorunur
Ünvan:Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5n
Telefon:(+99412) 5616553, (+99455) 218-00-79
Email: [email protected]
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.