Bakıda yol qəzası baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılan vəziyyətdə qalan sürücü - 1980-ci il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:07-də başa çatıb.