Azərbaycanın avtomobil yollarında bir gündə baş verən yol qəzalarında 9 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, iyulun 11-də respublikanın avtomobil yollarında 14 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 17 nəfər xəsarət alıb.