Polis əməkdaşları İnsan Sağlığı və İstehlakçı haqlarının qorunması idarəsi ("Rospotrebnadzor") nümayəndələri ilə birgə "yeni" Moskva ərazisində yerləşən qeyri-leqal gecə bazarında reyd keçirib.

Unikal.org anspress-ə istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk xəbər verib.

Aşkarlanan gecə topdansatış bazarında əsasən miqrantlar ucuz qiymətlərə balıq ticarəti ilə məşğuldurlar. "Aparılan əməliyyat tədbirləri kompleksinin gedişatında Moskva və Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları balıq məhsulunun qeyri-leqal gecə topdansatış bazarını aşkar edib", - deyə DİN-in rəsmi nümayəndəsi bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aşkar edilmiş bazar "yeni" Moskva ərazisində Moskvanın dairəvi avtomobil yolu (MKAD) yaxınlığında yerləşir.

"Ərazidə iki qanunsuz tikili və məhsulun saxlanılması üçün 30 konteyner aşkarlanıb. Gecə vaxtı bazarda balıq məhsulunun topdansatışı həyata keçirilirdi. Aparılan yoxlama zamanı qanunsuz müəssisənin ərazisində satışla məşğul olan 30-dan çox insan - yaxın xarici sakinlər - saxlanılıb", - deyə xəbərdə qeyd olunur.

Əməliyyatda polis əməkdaşları ilə birgə "Rospotrebnadzor" və MOESK nümayəndələri iştirak ediblər. Bazarın fəaliyyəti dayandırılıb. Qeyri-qanunu fəaliyət göstərən balıq bazarında əsasən azərbaycanlı, tacik və özbəklərin çalışdığı bildirilir.