Ukraynada deputat Vasiliy Baqayçuk Odessa şəhərində ayağından güllələnib.

RİA "Novosti"-nin verdiyi məlumata görə, Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı, Şurada "Batkivşina fraksiyasının rəhbəri V. Baqayçuk xəstəxanaya yerləşdirilib.
İki naməlum şəxs Pokrovaya küçəsində yerləşən barın yaxınlığında deputata travmatik silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. V. Baqayçuk hər iki baldırından yaralanıb.
Faktla bağlı cinayət işi başlanılıb.