21 Noyabr 2019
20 Noyabr 2019
Yeniyetmə qızla intim əlaqəyə girən futbolçudan yeni xəbər
Yeniyetmə qızla intim əlaqəyə girən futbolçudan yeni xəbər İDMAN 16:18 2016-07-12

Həbsdə olan futbolçu Adam Consonla bağlı qərar dəyişilməyib. 

Unikal.org apasport.az saytına istinadən xəbər verir ki, məhkəmə İngiltərə yığmasının sabiq üzvünün apellyasiya şikayətini rədd edib.
Məlumatı Adam Consonun bacısı da təsdiqləyib. O, "twitter hesabında qardaşının həbsdə qalacağını, onunla bağlı qərarın dəyişilməyəcəyini bildirib.
Qeyd edək ki, yeniyetmə qızı intim əlaqəyə cəlb etməkdə günahlandırılan Conson 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin rəyinə əsasən, futbolçu qızın 15 yaşında olduğunu bilə-bilə həmin hərəkəti edib.
Futbolçunun özü isə azyaşlı qızla yalnız öpüşdüyünü bildirib. Bu hadisədən sonra "Sanderlend klubu Consonla müqaviləyə xitam verib.