Bakı şəhərində intihara cəhd edilib.

Unikal.org bildirir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib. 35-40 yaşlarında naməlum kişi əlində bıçaqla yola çıxaraq intihara cəhd edib.

Hadisə yerinə polis əməkdaşları gəlib.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən APA-ya bildirilib ki, polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər.

Həmin şəxs polis bölməsinə dəvət olunub. Araşdırmalar zamanı onun Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Nadir Polad oğlu Məmmədov olduğu müəyyən edilib.
Hazırda onun ifadəsi alınır.