İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 23 nəfərə, xəsarət alanların sayı isə 50 nəfərə çatıb. 
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 20, yaralıların - 35 nəfər olduğu bildirilirdi.
Qeyd edək ki, hadisə Bakı vaxtı ilə 13.00-13.30 radələrində Puqlia bölgəsində Corato və Andria qəsəbələri arasında baş verib.
Toqquşma nəticəsində qatarların vaqonları relsdən çıxıb, üç vaqonun tamamilə yararsız hala düşüb.Ölən və xəsarət alanlar arasında əcnəbilərin olmadığı bildirilir.
Qəzanın tək xətli dəmiryolunda qatarlardan birinin yaşıl işığı gözləmədən keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.