21 Noyabr 2019
20 Noyabr 2019
Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxunacaq
Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxunacaq İDMAN 00:40 2016-07-13

Bu gün Yekatirinburqun Çkalov rayon məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətl işi üzrə müzakirə olub.
Unikal.org-un Ans press-ə istinadən məlumatına görə, dövlət ittihamçısı təqsirləndirilən yeganə şəxs - erməni düyüşçü ve Sverdlov vilayətinin qarışıq döyüş sənəti üzrə yığmasının üzvü Tiqran Çiçakyan üçün tələb olunan həbs müddətini səsləndirib.
"Prokuror ittiham olunan şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Zərərçəkən tərəfə maddi və ya mənəvi ziyanın ödənilməsi haqqında tələblər yoxdur-, bu məlumatı Sverdlovsk vilayətinin prokururluğunun mətbuat xidməti yayıb.
Xatırladaq ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıblar. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.