20 Sentyabr 2019
19 Sentyabr 2019
Məşhur mafioz həbsxanada keçindi
Məşhur mafioz həbsxanada keçindi DÜNYA 17:52 2016-07-13

Məşhur Siciliya mafiozu Bernardo Provensano Milan həbsxanasında, 83 yaşında vəfat edib.

Unikal.org avropa.info-ya istinadən bildirir ki, faktiki olaraq bütün Siciliya mafiyasının lideri olan mafioz həbsxanada 10 il keçirib. O, bir neçə ağır cinayətə görə 2006-cı ildə ömürlük həbs cəzasına məhkum olunub. O cümlədən 1992-ci ildə iki məhkəmə hakimini qətlə yetirdiyinə görə.

Bunadək Bernardo Proventsano 43 il ərzində hüquq-mühafizə orqanlarından gizlənə bilib. Həbsinəcən polisin əlində onun 1959-cu ildə çəkilmiş cəmi bir fotosu olub.

İtalyan mətbuatının məlumatına görə, mafioz sidik kisəsi xərçəngindən əziyyət çəkirmiş. Son iki ili o, həbsxananın xəstəxanasında keçirib.

Bernardo Provensano insanları qəddarcasına qırdığına görə "Traktor Binnu" ləqəbini almışdı.