Ağsuda 22 yaşlı gənc göldə batıb. 
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradli kəndi ərazisində yerləşən süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilovun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.