15:25

Günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.

Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail Rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.

Hazırda yanğın nəzarətə alınıb.

15:16

Bakıda "Sahil" metro stansiyasının yaxınlığında yerləşən Ədliyyə Nazirliyinin poliklinikasında yanğın baş verir.

Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar.

Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib.