Xaçmaz, Quba və Qusar bazarlarında 500-ə yaxın ölmüş qoyunlar kəsilərək satışa çıxarılıb.

Unikal.org-a daxil olan məlumata görə, Xaçmazda qoyunların arpalıq sahəsinə girməsi fermerə baha başa gəlib. Belə ki, əkin sahəsində arpa yeyərək 500-ə yaxın qoyun köpdən tələf olub. Xeyli miqdarda ziyana düşdüyünü görən fermer qoyunları kəsərək Xaçmaz, Qusar, Quba bazarında ətini ucuz satmaq məcburiyyətində qalıb. Bundan xəbərdar olan insanlar öz kəskin narazılıqlarını bildiriblər.