20:01

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) matçı başlayıb.

08:30

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Bu mərhələdəki təmsilçilərimizdən "Neftçi" öz meydanında Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" mərhələ adlamaq üçün səfərə rahat hesabla yollanmalıdır. İlk mərhələdə Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun yetirmələri ev oyunlarındakı uğursuzluğu da sonlandırmaq istəyir. Belə ki, paytaxt klubu düz 11 oyundu ki öz meydanında qələbə sevinci yaşaya bilmir.

Digər təmsilçimiz "Kəpəz" də növbəti matçına çıxacaq. Şahin Diniyevin yetirmələrinin rəqibi Avstriya təmsilçisi "Admira" olacaq. Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirməyi arzulayır.

Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" Macarıstanda MTK-nın qonağı olacaq. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayacaq. Səfər matçlarında uğursuz çıxış edən qəbələlilər bu dəfə bu sindromu qırmağı arzulayır.

Avropa Liqası

II təsnifat mərhələsi (İlk oyunlar)

14 iyul

20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)

Bakı. 8-ci km stadionu

21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)

Sankt-Polten. NV Arena

22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)

Dyer. "Dyirmot" stadionu