Hacıqabulun Atbulağ kəndində məscid yanıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, məscidin qəsdən yandırıldığı iddia edilir.

Yanğın hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb.

F[vq'lad' Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə cəlb olunan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb. Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

Məscid dindarları iddia edirlər ki, məscid qəsdən yandırılıb.