Meşədə itən qadın təxminən bir ay sonra oradan sağ çıxmağı bacarıb.

1xeber.com bildirir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində baş verib.

Yerli polisin verdiyi məlumata görə, dostları ilə meşəyə gəzməyə gedən qadın ertəsi gün evə qayıtmaq istəsə də, yol yoldaşları istirahətə davam etməyə üstünlük veriblər. Beləliklə evə tək qayıtmaq qərarına gələn qadın meşədə azıb. Qarşısına çıxan ovçu daxmasına sığınan qadının həyatda qalmasına oradakı ədyal, taxıl məhsulları, makaron və yaxınlıqdakı su quyusu səbəb olub.

Bir ay sonra qadın təsadüfən meyvə yığan bir ailəyə rast gəlib. Ailə qadına kömək edərək polisə məlumat verib.

Polislərin yardımı ilə ailəsinə qaytarılan 29 yaşlı qadının səhhətinin yaxşı olduğu, 2 yaşlı oğlu və anası ilə birlikdə yaşadığı bildirlir.