Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Unikal.org bildirir ki, bunu Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


XİN həmçinin Fransadakı azərbaycanlılara çağırış da edib: "Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq".