"Bu ilin ilk yarısında keçirilən əməliyyatlar nəticəsində bir neçə vəzifəli şəxs cinayət başında yaxalanıb".

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, bu məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş 
İdarəsi tərəfindən korrupsiyaya ilə mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında bildirilib.

Konfransda qeyd edilib ki, daxil olan məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı 6 həmçinin korrupsiya hüquq pozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 cinayət işi başlanılıb. 6 ay ərzində dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat ödənilib. Həmçinin qalan ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülüb.

İdarə rəisi Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş İdarədə 1264 vətəndaş qəbul edilib. Onlardan 39-u bilavasitə Baş İdarə rəisi, 91-i idarə və şöbə rəisləri, 1134-ü isə Baş İdarənin prokurorları tərəfindən qəbul olunublar.