"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.

O, matəm günlərinin iyulun 16-dan 18-dək olacağını da əlavə edib.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.